"Trabzonspor"un yeni baş məşqçisi bəlli oldu

"Trabzonspor"un yeni baş məşqçisi müəyyənləşib.
Qol.Az-ın "Hurriyet" qəzetinə istinadən verdiyi məlumata görə, komandanın baş məşqçi vəzifəsinə klubun sabiq futbolçusu Hami Mandıralı gətirilib.
47 yaşlı mütəxəssis mövsümün sonuna qədər Trabzon təmsilçisini çalışdıracaq. Şota Arveladzenin istefasından sonra "Trabzonspor" klubu müvəqqəti olaraq Sadi Tekelioğluna tapşırılıb.
Qeyd edək ki, Hami Mandıralı 2013/2014 mövsümündə qısa müddətliyinə "Trabzonspor"u çalışdırıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























