• $
  • €
  • ₽
  • ₺
  • £

"Qarabağ" daha bir legioneri ilə yollarını ayırdı

"Qarabağ" daha bir legioneri ilə yollarını ayırdı
22.01.2016 18:12
Qarabağ" klubu daha bir futbolçusu ilə yollarını ayırıb. 

Klubun baş direktoru Emrah Çelikelin "Report"a verdiyi məlumata görə, braziliyalı yarımmüdafiəçi Çumbinyo ilə müqavilə qarşılıqlı razılıq əsasında pozulub. 

E.Çelikel bu addımı "sambaçı"nın komandadan ayrılmaq istəyi ilə əlaqələndirib: "Çumbinyo təkliflərin olduğunu deyərək, getmək istədiyini bildirdi. Biz də hazırkı müqaviləsinin yayda başa çatacağını nəzərə alaraq, problem yaratmadıq. Artıq o, azad agent kimi istədiyi kluba keçə bilər. Yəqin ki, elə keçmiş komandasına qayıdacaq". 

Daha öncə "Qarabağ" Vladimir Dimitrovski və Raydell Puponla da yollarını ayırıb, Elton Yaqublu, Namiq Ələsgərov və Vüqar Mustafayevi isə icarəyə verib. 

Qeyd edək ki, Marinaldo Sisero da Silva Çumbinyo "Qarabağ"a 2013-cü ilin yayında Yunanıstan "Atromitos"undan keçib. O, ilk dəfə 2014-cü il sentyabrın 18-də Bakıda Fransa "Sent-Etyen"i ilə Avropa Liqasının qrup mərhələsinin ilk tur matçında zədələnərək, 13 ay müddətinə sıradan çıxıb. Çumbinyo ötən il oktyabrın 17-də "Zirə" ilə Azərbaycan Premyer Liqasının VIII tur matçında meydana qayıdıb. Amma "sambaçı" bundan cəmi 2 ay sonra - dekabrın 10-da Belçikada "Anderlext"lə görüşdə yenidən xəsarət alıb. 30 yaşlı yarımmüdafiəçi müalicəsi ilə Braziliyada məşğul olsa da, "Qarabağ"ın Türkiyənin Antalya bölgəsində keçirdiyi təlim-məşq toplanışında kollektiv məşqlərə qatılıb.  

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol