İspaniyalı müdafiəçi “Beşiktaş”da

Türkiyənin "Beşiktaş” klubu heyətinə daha bir futbolçu cəlb edib.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, İstanbul klubu "Xetafe”nin müdafiəçisi Aleksis Delqadonu transfer edib.
Artıq ispaniyalı futbolçu tibbi baxışdan keçib. Bu gün onunla müqavilə imzalanacağı gözlənilir.
Qeyd edək ki, 30 yaşlı müdafiəçi "Valensiya”, "Sevilya” və "Malaqa”nın da şərəfini qoruyub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























