Buffon karyerasını başa vuracağı tarixi açıqladı

İtaliya millisinin qapıçısı Canluici Buffon karyerasını başa vuracağı vaxtı açıqlayıb.
Qol.Az-ın "Football İtalia"ya istinadən verdiyi məlumata görə, 37 yaşlı qolkiper "DÇ-2018"in final mərhələsindən sonra karyerasını başa vuracağını deyib:
"Əgər "DÇ-2018"in heyətinə daxil edilsəm, məmnuniyyətlə mundiala gedəcəm. Ancaq bu turnirdən dərhal sonra karyeramı başa vuracam" - deyə Buffon bildirib.
Qeyd edək ki, 2001-ci ildən "Yuventus"da çıxış edən Buffon 1997-ci ildə İtaliya millisində debüt edib
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























