"Mançester Yunayted"dən van Qala istefa təklifi

"Mançester Yuanayted" rəhbərliyi baş məşqçi Lui van Qala İngiltərə Premyer Liqasının 23-cü turunda "Sauthempton"a məğlubiyyətdən sonra istefa verməyi təklif edib.
Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, klubun icraçı direkotru Ed Vudvord hollandiyalı mütəxəssislə görüşərək onun klubdakı taleyini müzakirə edib.
"MY" rəhbərliyi van Qala qərar barədə düşünmək, həmçinin ailəsi ilə müzakirə etmək üçün bu günə kimi vaxt verib. Onun bu gün istefa verdiyini açıqlayacağı gözlənilir.
Qeyd edək ki, "MY" 23 turdan sonra 37 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























