Kasilyas "Portu"dan ayrılır

"Portu"nun qapıçısı İker Kasilyas mövsümün sonunda komandadan ayrılacaq.
Qol.Az-ın Portuqaliya mətbuatına istinadən verdiyi məlumata görə, klub rəhbərliyi ispaniyalı qolkiperin çıxışından narazıdır.
Onların fikrincə Kasilyasın cari mövsümdəki bir sıra kobud səhvi "Portu"nun çıxışına təsirsiz ötüşməyib. Çempionlar Liqasında mübarizəni dayandıran "Portu" Portuqaliya çempionatında lider "Sportinq"dən 5 xal geri qalır. Kasilyasın mövsümün sonunda ABŞ MLS liqasında çıxış edən klublardan birinə transfer olacağı gözlənilir.
Qeyd edək ki, Kasilyas ötən mövsümün sonunda "Real" (Madrid) klubundan "Portu"ya transfer olunub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























