Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının büdcəsi açıqlandı

Bu məbləğ London olimpiadasının büdcəsindən 7,5 milyard dollar azdır
2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının büdcəsi 9,75 milyard dollar təşikl edəcək. "Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Braziliya Milli Olimpiya Komitəsi açıqlama yayıb.
2012-ci il London olimpiadasına 16,3 milyard dollar, 2014-cü ildə Braziliyada keçirilmiş futbol üzrə dünya çempionatına isə 6,8 milyard dollar xərclənib.
Qeyd edək ki, XXXI Yay Olimpiya Oyunları 5 - 21 avqustda keçiriləcək. Bu, Cənubi Amerika materikində təşkil olunmuş ilk olimpiada kimi tarixə düşəcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























