"Çelsi" yeni transferini rəsmən açıqladı

"Korintians"ın futbolçusu Alaxandre Patonun "Çelsi"yə keçidi rəsmiləşib.
Qol.Az-ın London klubunun saytına istinadən yaydığı xəbərə görə, braziliyalı hücumçu ilə müqavilə imzalanıb. Müqaviləyə əsasən, o, mövsümün sonuna kimi icarə əsasında "Çelsi"də çıxış edəcək.
Qeyd edək ki, Pato son olaraq "San Paulo"da icarə əsasında çıxış edib. O, sözügedən klubda oynadığı 59 matçda 29 qol vurub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























