• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan şahmatçısı nüfuzlu turniri ilk 3-lükdə başa vurub

Azərbaycan şahmatçısı nüfuzlu turniri ilk 3-lükdə başa vurub
01.02.2016 18:29
Şəhriyar Məmmədyarov 13-cü turda Sergey Karyakinlə qarşılaşıb

Hollandiyanın Veyk-an-Zeye şəhərində keçirilən "Tata Steel Chess" festivalına yekun vurulub. "Report"un məlumatına görə, "Masters" adlı əsas yarışda Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov 13-cü turda ağ fiqurlarla 2015-ci ildə Bakıda keçirilmiş Dünya Kubokunun qalibi Sergey Karyakinlə qarşılaşıb.
Görüş 31-ci gedişdə heç-heçə ilə nəticələnib - 0,5:0,5.

Beləliklə, keçirdiyi 13 görüşdən 9-da xallarını yarı bölən Məmmədyarov 2 qələbə və eyni sayda məğlubiyyətlə çinli İ Veylə birgə hərəyə 6,5 xalla yarışı 7-8-ci pillədə tamamlayıb. Qalib adını 9 xala malik norveçli dünya çempionu Maqnus Karlsen əldə edib. O, həm də azərbaycanlı mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə təsis olunmuş "Fair Play" mükafatına da sahib çıxıb. Mükafatı V.Həşimovun qardaşı Sərxan Həşimov təqdim edib.

Daha aşağı reytinqli şahmatçıların yer aldığı "Çelencers" yarışında isə azərbaycanlı daha bir şahmatçı Eltac Səfərli son turda qara fiqurlarla gürcüstanlı Nino Batsiaşvilini məğlub edib. Bununla da Səfərli hindistanlı Başkaran Adxiban və rusiyalı Aleksey Dreyevlə birgə hərəyə 9 xalla yarışı 1 - 3-cü yerdə başa vurub. O, əlavə göstəricilərdə Adxibanı özündən irəli buraxaraq, ikinci olub. Daha bir azərbaycanlı şahmatçı Nicat Abbasov 6,5 xalla 6 - 10-cu pillələri bölüşüb. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol