Peleqrinini Qvardiola əvəzləyəcək – rəsmi

"Mançester Siti"nin baş məşqçisi Manuel Peleqrini mövsümün sonunda komandadan ayrılacaq.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə çilili mütəxəssisin özü açıqlama verib.
O, bu gün keçirilən mətbuat konfransında iyunun 30-da vəzifəsindən gedəcəyini açıqlayıb. Artıq Peleqrinini kimin əvəzləyəcəyi də müəyyənləşib. "Şəhərlilər" vaxt itirmədən mövsümün sonunda "Bavariya"dan ayrılacaq Pep Qvardiola ilə anlaşıb. 45 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Peleqrini 2013-cü ildən "Mançester Siti"ni çalışdırıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























