Qvardiolanın "Mançester Siti"də illik əmək haqqı açıqlandı

Almaniya "Bavariya"sının baş məşqçisi Xosep Qvardiolanın İngiltərənin "Mançester Siti" futbol komandasında ilinə 26,5 milyon avro qazanacaq.
"Report"un "The Guardian"a istinadən verdiyi məlumata görə, ispaniyalı mütəxəssisə yeni oyunçuların alınması üçün 198 milyon avro büdcə ayrılacaq.
Onun "Bavariya"dakı illik əmək haqqı 17 milyon avro idi.
Qeyd edək ki, Xosep Qvardiola "şəhərlilər"lə 3 illik müqavilə bağlayıb. Qvardiola yeni işinin icrasına gələn mövsümdən başlayacaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























