Məşhur klub yumurta biznesinə başladı

İtaliya A seriyasının lideri "Napoli" klubu maraqlı addım atıb.
ANS PRESS-in məlumatına görə, Maradonanın keçmiş klubu yumurta biznesinə başlayıb.
Bu maraqlı təklif yumurta biznesi ilə məşğul olan bir şirkətdən gəlib. Satışı artırmaq istəyən şirkət klubla razılığa gəlib. Bundan sonra klubun loqoları vurulmuş yumurtalar satışa çıxarılıb. "Napoli" azarkeşləri klubun loqosu olan yumuraları maraqla qarşılayıb. Azərkeşlər bu yeniliyin klubun bu il çempionluğunda önəmli rolu olacağanı güman edir.
Qeyd edək ki, "Napoli” sonuncu dəfə 1989-1990-cı illər mövsümündə əfsanəvi argentinalı Dieqo Maradonanın klubda çıxış etdiyi zaman İtaliya çempionu olub. Bundan sonra isə "Napoli” bu uğurunu davam etdirə bilməyib. Lakin bu mövsümdə "Napoli” Mauritsio Sarrinin başçışığı altında 25 illik həsrətə son qoyaraq yenidən çempion olmağa daha yaxındır. "Napoli” klubu rəhbərliyi bu ilin iyun ayında istefaya göndərilən Benitesin yerinə Mauritsio Sarrini komandanın yeni baş məşqçisi təyin edib. 56 yaşlı məşqçi Neapolda anadan olub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























