Millimiz 1/4 finalda

Serbiyanın paytaxtı Belqradda keçirilən futzal üzrə Avropa çempionatının oyunları davam edir.
Qol.Az-ın məlumatına görə, millimizin yer aldığı D qrupunda son oyun keçirilib.
İtaliya Çexiya ilə üz-üzə gəlib. Bu matç komandamız üçün də mühüm əhəmiyyət kəsb edirdi. İtalyanlar ən azı heç-heç edəcəyi təqdirdə yığmamızın 1/4 finala yolunu açacaqdı. Oyun isə İtaliya millisinin 7:0 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra aktivində xalı olmayan Çexiya millisi qrupda qalıb.
Qeyd edək ki, ilk matçında İtaliyaya 0:3 hesabı ilə uduzan Azərbaycan millisi ikinci görüşündə Çexiyaya 6:5 hesabı ilə qalib gəlib. Bununla da, millimiz 3 xalla qrup ikincisi kimi 1/4 finala adlayıb.
8 fevral
Avropa çempionatı, D qrupu
Çexiya - İtaliya - 0:7
Qollar: Fortino, 1 (0:1), Lima, 11 (0:2), Merlim, 21 (0:3), Fortino, 22 (0:4), Kudelka, 22 (0:5), Onirio, 24 (0:6), Patias, 33 (0:7)
www.ann.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək