• $
  • €
  • ₽
  • ₺
  • £

Azad Rəhimov Paralimpiya Komitəsinin prezidenti ilə görüşdü - Fotolar

Azad Rəhimov Paralimpiya Komitəsinin prezidenti ilə görüşdü - Fotolar
08.02.2016 17:14
Fevralın 8-də gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Milli Paralimpiya Komitəsinin yaranmasının 20 illiyi münasibətilə ölkəmizdə səfərdə olan Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Ser Filip Kreven ilə görüşüb.

Gənclər və İdman Nazirliyindən ANN.Az-a verilən məlumata görə, nazir ölkəmizdə paralimpiya hərəkatının inkişafına göstərilən dövlət qayğısından, idmançılarımızın beynəlxalq arenalarda qazandıqları nailiyyətlərdən danışıb.

Görüşdə Azərbaycan atletlərinin cari ildə Rio-de-Janeyroda təşkil olunacaq Yay Paralimpiya Oyunlarında iştirakı barədə fikir mübadiləsi aparılıb. Həmçinin paralimpiya idman növlərinin gələn il Azərbaycanda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının proqramına salınmasının mümkünlüyü də müzakirə edilib.

Ser Filip Kreven ölkəmizdə uğurla inkişaf edən paralimpiya hərəkatının əhəmiyyətini yüksək qiymətləndirib, komitənin 20 illik yubileyi münasibətilə nazir Azad Rəhimovu və qurumun əməkdaşlarını təbrik edib. Azərbaycanın mötəbər beynəlxalq yarışlara və tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyini deyən qonaq "Bakı-2015” ilk Avropa Oyunlarında paralimpiyaçı cüdoçuların çıxışlarını ölkəmizdə bu sahəyə göstərilən diqqətin bariz nümunəsi olduğunu vurğulayıb.

Sonra Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi mərasimi keçirilib.

Tədbirdə çıxış edən Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov ölkəmizdə idmana göstərilən dövlət qayğısından, paralimpiyaçılarımızın uğurlarından və gələcək layihələrdən danışıb.

Paralimpiyaçılarımızın "Rio-2016”da da uğurla çıxış edəcəklərinə əminliyini vurğulayan nazir Azad Rəhimov deyib ki, atletlərimiz planetin ən nüfuzlu idman yarışına lisenziyalar qazanmaqda davam edirlər. Bizim ikiqat paralimpiya çempionu olan idmançılarımız var. Bu, ölkəmizdə paralimpiya hərəkatının inkişafından xəbər verir.

Sonda Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər təltif ediliblər.
 














www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol