• $
  • €
  • ₽
  • ₺
  • £

Meydana limonun atılması məsələsinə AFFA İntizam Komitəsində baxılacaq

Meydana limonun atılması məsələsinə AFFA İntizam Komitəsində baxılacaq
09.02.2016 12:55
AFFA İntizam Komitəsinin bugünkü iclasında Azərbaycan Premyer Liqasında XX turun "Qarabağ" - "Xəzər Lənkəran" oyunu zamanı yerli azarkeşlərin meydana limon atması məsələsinə də baxılacaq. 

Bu barədə "Report"a komitə üzvü və Peşəkar Futbol Liqasının (PFL) baş direktoru Məlik Həsənov məlumat verib.

Onun sözlərinə görə, Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionundakı matçda baş vermiş hadisə AFFA nümayəndəsi Vaqif Davudov tərəfindən qeydə alınıb. Lakin M.Həsənov limonun "kənar əşya", yoxsa "təhqiramiz jest" kimi dəyərləndiriləcəyini açıqlamayıb. PFL rəsmisi indidən bu haqda danışmağa səlahiyyətinin olmadığını və hər şeyin günorta saatlarında açıqlanacaq qərarda əksini tapacağını vurğulayıb.

Öz növbəsində V.Davudov "Report"a açıqlamasında olayı protokolunda qeydə aldığını təsdiqləyib: "Hadisə 2-ci dəqiqədə baş verdi. Limonu  "Qarabağ" azarkeşləri oturan sektordan meydançaya futbolçulara yox, boş sahəyə atdılar. Hətta oyundan sonra "Qarabağ"ın yeniyetmə azarkeşləri öz sevinclərini bölüşmək üçün futbolçulara tərəf qaçdılar. Buna da icazə yoxdur və protokolda qeyd etdim. 45 ildir futboldayam, belə şeylər gözümdən qaçmaz, mənə keçməz!" 

Qeyd edək ki, oyun "Qarabağ"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol