Anri baş məşqçi oldu

Fransa millisi və "Arsenal"ın sabiq futbolçusu Tyeri Anrinin yeni iş yeri bəlli olub.
Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, veteran futbolçu "Arsenal”da çalışacaq.
O, London klubunun 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, 38 yaşlı Anri "Arsenal”dan başqa "Monako”, "Yuventus”, "Barselona” və "Nyu York Red Bulls” kimi komandalarda da çıxış edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























