"Real"a keçmək üçün PSJ-dən imtina edir

Mövsümün sonunda "Çelsi"dən gedəcəyi gözlənilən Eden Hazarda təkliflər gəlməkdə davam edir.
Qol.Az-ın "Daily Mail"ə istinadən verdiyi məlumata görə, belçikalı futbolçu ilə Fransanın PSJ klubu da yaxından maraqlanır.
Paris təmsilçisinin mövsümün sonunda Hazarda yüksək maaş təklif edəcəyi gözlənilir. Lakin 25 yaşlı futbolçu Madrid "Real"ına keçməsi üçün PSJ-nin təklifini rədd etməyə hazırdır. Belçika yığmasının aparıcı üzvü olan Hazardın "Real"ın baş məşqçisi Zinəddin Zidanla çalışmaq istədiyi bildirilir.
Qeyd edək ki, bir müddət öncə "Çelsi"nin baş məşqçisi Qus Hiddink Hazardın mövsümün sonunda komandadan gedəcəyini açıqlayıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























