"Avro-2016": İspaniya və Rusiya finalda

Serbiyada keçirilən futzal üzrə Avropa çempionatında finalçılar müəyyənləşib.
Qol.Az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, ikinci yarımfinal matçında Qazaxıstan və İspaniya yığmaları üz-üzə gəlib.
Oyun Priney təmsilçisinin qələbəsi ilə yekunlaşıb. Bu görüşdə rəqibinə 5:3 hesabı ilə qalib gələn ispanlar finala yüksəlib.
Qeyd edək ki, İspaniya millisi həlledici görüşdə yarımfinalda Serbiyanı mübarizədən kənarlaşdıran Rusiya ilə qarşılaşacaq. Serbiya və Qazaxıstan yığmaları isə üçüncü yer uğrunda mübarizə aparacaq. Həm final, həm də üçüncü yer uğrunda oyun fevralın 13-də keçiriləcək.
www.ann.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək