• $
  • €
  • ₽
  • ₺
  • £

AFFA FİFA hakimlərini cəzalandırdı

AFFA FİFA hakimlərini cəzalandırdı
15.02.2016 14:06
Topaz Premyer Liqasında idarəçilik edən daha 3 hakim cəzalandırılıb. 

Apasport.az saytının əldə etdiyi məlumata görə, Orxan Məmmədovun ardınca, Fariz Yusifov, Rauf Cabbarov və Əliyar Ağayev də Hakimlər Komitəsinin (HK) cəzasına məruz qalıb.
 
Buna həmin referilərin XIX turun görüşlərində səhvlər buraxması səbəb olub. Konkret olaraq, HK Fariz Yusifovun "Kəpəz” – "Qəbələ” (3:0), Rauf Cabbarovun "Zirə” – "İnter” (2:1), Əliyar Ağayevin isə "Neftçi” – "Sumqayıt” (1:0) görüşündəki idarəçiliyindən razı qalmayıb.
 
Yusifov, Cabbarov, eləcə də Ağayevin XX və XXI, yəni son 2 turda təyinat almamağı məhz bununla əlaqədardı. Ən azı 3 turluq cəzalandırılan hakimlər XXII turda da Premyer Liqada idarəçilik etməyəcəklər.
 
İkisi FİFA referisi olmaqla, ümumilikdə 4 nəfərin cəzalandırılması gənc hakimlərin "işinə yarayıb”. Məsələ burasındadı ki, çempionatın ilk 2 dövrəsində cəmi 9 oyun idarə edən Ömər Paşayev son 3 turda ardıcıl təyinat alıb.
 
I və II dövrələrdə, ümumilikdə 6 dəfə meydana çıxan İnqilab Məmmədov XX turda "Qarabağ” – "Xəzər Lənkəran” matçında ədaləti qoruyub, bu gün isə eyni missiyanı "Zirə” – "Rəvan” qarşılaşmasında yerinə yetirəcək.
 
Eyni sözləri Rəvan Həmzəzadəyə aid etmək olar. Gənc hakim çempionatın birinci yarısında cəmi 4 dəfə təyinat alsa da, son 2 turun üzdə olan simasıdı. Təsadüfi deyil ki, Həmzəzadə XX turda "Kəpəz” – AZAL, XXI turda isə "Qəbələ” – "Sumqayıt” matçlarını idarə edib.
 
Qeyd edək ki, Topaz Premyer Liqasının cari mövsümündə hələlik ən çox (19) oyun idarə edən hakim Rəhim Həsənovdu. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol