• $
  • €
  • ₽
  • ₺
  • £

Prosineçki: "Yığmanın oyunları Gəncədə keçirilsə..."

Prosineçki: "Yığmanın oyunları Gəncədə keçirilsə..."
16.02.2016 22:50
"Kəpəz” cari mövsümdə çox yaxşı təsir bağışlayır, uğurlu nəticələr qazanır. Belə çıxış bizim diqqətimizi çəkməyə bilməz".

Qol.Az-ın məlumatına görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki "Kəpəz" klubunun rəsmi saytına açıqlamasında deyib.

Topaz Premyer Liqanın 21-ci turunda baş tutan "Kəpəz" - "Qarabağ" matçını (1:2) stadiondan canlı izləyən xorvatiyalı çalışdırıcı öncə Gəncə klubunun çempionatdakı çıxışına münasibət bildirib: "Bu komandada yaxından izlədiyim oyunçular var. Onlardan bəzilərini ötən il millinin heyətinə cəlb etmişdim. İndi də yığmada görmək istədiyim futbolçular var. Hələlik onların adını çəkmək istəmirəm. Çünki bu haqda danışmaq bir qədər tezdi. Zamanı gələndə heyəti açıqlayacağıq və onda adlar məlum olacaq”.
 
"Qarabağ”la oyunda qol vuran Namiq Ələsgərovun çıxışı Prosineçkini ürəyincə olub. Yarımmüdafiəçinin oyununu yüksək qiymətləndirən çalışdırıcı millinin qapılarının onun üzünə açıq olduğunu deyib: "Meydanda olan milli üzvlərindən razı qaldım. Bu mənada Namiqi ayrıca qeyd etmək istərdim. Bilirsiz ki, ötən il bu futbolçunu Maltaya qarşı oyunda milliyə dəvət etmişdim. Təəssüflər olsun ki, həmin görüşdə ağır zədələndi və bir neçə ay idi ki, futboldan kənarda qalmışdı. Çox xoşdur ki, uzun fasilədən sonra Namiq yaxşı formada meydançaya qayıdıb. Mən buna ancaq sevinirəm. Bu cür çıxışını davam etdirsə və zədə ilə bağlı çətinliyi olmasa, onu gələn ay Türkiyədə keçiriləcək təlim-məşq toplanışına çağıracağam”.
 
Azərbaycan yığma komandasının baş məşqçisi Gəncədə azarkeş çoxluğundan razılıqla bəhs edib. Prosineçki "Kəpəz” fanatlarının möhtəşəm olduğunu vurğulayıb: "Mən Gəncədə çılğın və böyük azarkeş ordusu gördüm. Onların komandaya böyük dəstək verməsi və ümumiyyətlə, stadiona bu qədər fanatın gəlməsi çox sevindicidir. İnanıram ki, millinin oyunları bu stadionda baş tutsa, görüşləri izləmək üçün daha çox azarkeş gələcək. Bu qədər azarkeş onu göstərir ki, Gəncədə insanlar futbolu çox sevirlər".
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol