Maqatdan ilginc təklif: "0:0-a xal verilməsin"

İngiltərənin "Fulhem" klubunun baş məşqçisi Feliks Maqat ilginc tələbi ilə çəkib.
Qol.Az-ın məlumatına görə, Almaniyanın "Sport1" radiosuna danışan Maqat 0:0 hesabı ilə başa çatan görüşlərdə komandaların heç birinə xal verilməməsinin tərəfdarı olduğunu bildirib:
"Qolsuz başa çatan oyunlar futbolda həyəcanı yox edir. Bu səbəbdən düşünürəm ki, futbolda xal sisteminin dəyişməsi lazımdır. Məsələn, 0:0 hesabı ilə yekunlaşan oyunlarda komandaların heç birinə xal verilməsin. Sadəcə, qollu bərabərliklərə 1, qələbələrə isə indiki kimi 3 xal verilməsinin tərəfdarıyam. Bu sistem müdafiə futbolu oynayan komandaların strategiyasını dəyişdirəcək".
Qeyd edək ki, Maqat sonda ölkə birinciliklərində çempionun pley-off oyunları ilə müəyyənləşdirilməsinin tərəfdarı olduğunu bildirib.
www.ann.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək