Ronaldo: "Messinin niyə belə etdiyini bilirəm"

"Çempionlar Liqası "Real"ın futbolçularının oynamaqdan ən çox zövq aldığı turnirdir.
"Roma" ilə çətin matçımız olacaq. Ancaq qalib gəlməliyik. Rəqib yaxşı komandadır. Güclü heyətləri və baş məşqçiləri var. Səfərdə oynamaq çətindir, amma bizim silahlarımız var".
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Real"ın futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının 1/8 finalında "Roma" ilə ilk oyun öncəsi deyib.
O, dünyanın ən yaxşı komandası olduqlarını bildirib: "Roma" ilə matçda ən yaxşı oyunumuzu oynayacağıq".
Qarşılaşmadan sonra formasını almaq istədiyi "Roma"lı oyunçu olub-olmaması ilə bağlı sualı isə K.Ronaldo belə cavablandırıb:
"Xüsusilə formasını dəyişdirmək istədiyim bir "Roma"lı futbolçu yoxdur. Hamısı yaxşı oyunçudur. Amma biri məndən formamı istəsə, dəyişdirərəm".
K.Ronaldo "Barselona"nın hücumçusu Lionel Messinin son turda penalti zərbəsini fərqli formada yerinə yetirməsi haqda da danışıb: "Messini niyə belə etdiyini biliriəm. Bununla bağlı başqa bir şey söyləməyəcəm".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























