"Çelsi" Konte ilə danışıqlara başladı

Mövsümün sonu hazırkı baş məşqçisi Quus Hiddinklə yolları ayıracağı gözlənilən "Çelsi" İtaliya millisinin çalışdırıcısı Antonio Konte ilə danışıqlara başlayıb.
Qol.Az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, bununla bağlı London klubunun rəhbərliyi ilə təcrübəli mütəxəssis arasında Romada görüş keçirilib. Ancaq danışıqlar necə bitdiyinin məlum olmadığı bildirilib.
"Çelsi"nin sahibi Roman Abromoviçin klubda yeni baş məşqçi vəzifəsinə əsas namizəd kimi A.Konteni gördüyü qeyd olunur.
Əlavə edək ki, "Çelsi"də baş məşqçi vəzifəsinə digər namizədlərin Massimiliano Alleqri və Dieqo Simeone olduğu iddia edilir.
www.ann.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək