"Valensia" darmadağın etdi

Avropa liqasının növbəti oyunları keçirilib. ANS PRESS-in məlumatına görə, "Fiorentina" "Totenhem" görüşündə hesabı ilk olaraq qonaqlar açıb.
37-ci dəqiqədə penaltidən vurulan qola Naser Şadli müəlliflik edib. Görüşün ikinci hissəsində meydan sahibləri məğlubiyyətdən qurtulmağı bacarıb. Daha dəqiq 59-cu dəqiqədə Federiko Bernardeşinin qolu qarşılaşmanın yekun nəticəsini müəyyənləşdirib. "Fiorentina" 1 "Totenhem" 1.
İtalyanlardan fərqli olaraq "Borusiya dortmund" doğma meydanda "Porto"nu məğlub etməyi bacarıb. Oyunda hesabı 6-cı dəqiqədə Lukaş Pişçek açıb. Almanlar bir daha 2-ci 45 dəqiqədə Portuqalların qapısına yol tapıb. Daha dəqiq 71-ci dəqiqədə Marko Roys qapını dəqiq nişan alaraq arıların "Portu" ilə görüşdə 2-0 hesablı qələbəsini təmin edib.
Pley off-un digər oyunuda "Vilyareal" və "Napoli" klubları üz-üzə gəlib. Gərgin idman mübarizəsi şəraitində keçən maçtda qalibi 1 qol müəyyən edib ki, bu da meydan sahiblərinin futbolçusu Denis Suarresin ayağına yazılıb. "Vilyareal" 1 "Napoli" 0.
Avropa liqasında mübarizə aparan digər bir İspaniya təmsilçisi "Atletik bilbao" isə səfərdə "Marsel"in qonağı olub. Eynilə bu görüşdə də qalibi 1 qol müəyyn edib. lakin bu dəfə sevinən tərəf qonaqlar olub. Qarşılaşmanın 54-cü dəqiqəsində Adurizin möhtəşəm qolu "Atletik bilbao"nun Fransadan İspaniyaya qalib kimi yollanmasını təmin edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























