Ansi Aqolli: "Bilsəydim deputatdır, irad bildirməzdim"

"Qarabağ" Topaz Premyer Liqasının hələ 21-ci turunda qarşılaşdığı "Kəpəz"lə səfər oyunundan qayıdarkən çarter reysi ilə Bakıya dönüb.
Qol.Az-ın azerisport.az-a istinadən yaydığı xəbərə görə, həmin səfər zamanı maraqlı hadisə yaşanıb.
Təyyarədə hamıdan telefonlarını söndürmək xahiş olunub. Sərnişinlərdən biri isə Milli Məclisin deputatı imiş. Təyyarə havaya qalxarkən Ağdam klubunun bütün üzvləri telefonlarını söndürdüyü halda, adı açıqlanmayan həmin deputat kiməsə zəng edib. Bunu görən "Qarabağ”ın oyunçusu Ansi Aqolli isə Azərbaycan dilində "qaqaş, telefonu söndür də” deyərək ona telefonunu söndürmədiyinə görə irad bildirib.
Bu da sərnişinlər arasında gülüşə səbəb olub. Aqolli özü isə həmin epizodu belə şərh edib: "Düzünü deyim ki, onun deputat olduğunu bilmirdim. Bunu bilsəydim, bəlkə də irad bildirməzdim. Nə bilim, bəlkə yenə də iradımı bildirərdim (gülür). Qanun hər kəs üçündür".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























