• $
  • €
  • ₽
  • ₺
  • £

Canni İnfantino: "İndi FİFA tarixində həqiqətən də dönüş nöqtəsidir"

Canni İnfantino: "İndi FİFA tarixində həqiqətən də dönüş nöqtəsidir"
22.02.2016 22:00
AFFA-nın dəstəklədiyi namizəd FİFA-ya üzv assosiasiyalara müraciət edib

FİFA prezidenti postuna namizədlərdən olan Canni İnfantino açıqlama yayıb. "Report"un məlumatına görə, UEFA-nın baş katibi 26 fevral seçkisinin önəmini vurğulayıb. 

O bildirib ki, bu həftə ali futbol qurumunun 112 illik tarixi ərzində ən əlamətdarı olacaq. C.İnfantinonun fikrincə, 209 üzv ölkə nəinki öz talelərini, həm də FİFA və dünya futbolunun gələcəyini müəyyənləşdirmək imkanına malikdirlər: "FİFA-nın yeni prezidentinin seçkisi və idarəetmə islahatlarının geniş spektri naminə səsvermə FİFA-nın yeni etimad, hörmət və kommersiya uğuru yoluna çıxara bilər. Bu yenilənmə yoluna qədəm qoyan FİFA-ya üzv assosiasiyalar gələcəyə yeni prezidentə real inam və onun təşkilatı ən yaxşı vəziyyətə çatdırmaq imkanlarına əminliklə baxa bilərlər. Məni FİFA prezidenti seçsələr, qurumu yeni inkişaf erasına və hörmətə, daim futbolun maraqları naminə hərəkət etməyə, futbolu FİFA-nın ürəyinə qaytarmağa köməkdən şərəf duyacağam. İndi FİFA tarixində həqiqətən də dönüş nöqtəsidir". 

Qeyd edək ki, FİFA prezidentliyi uğrunda Asiya Futbol Konfederasiyasının prezidenti şeyx Salman İbrahim əl-Xəlifə, İordaniya şahzadəsi Əli ibn əl-Hüseyn, CAR-ın keçmiş naziri Tokyo Seksvale və UEFA baş katibinin sabiq müavini Jerom Şampan da mübarizə aparacaq. AFFA seçkidə Canni İnfantinonu dəstəkləyəcəyini açıqlayıb. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol