"Rəvan" klubu adsız geyimə görə cəzalandı

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
"Report"un məlumatına görə, iclasda Azərbaycan Premyer Liqasının XXII turunda baş verənlərlə bağlı analoji cərimələr tətbiq olunub.
"İnter" "Kəpəz”lə matçda, "Neftçi" "Qarabağ"la qarşılaşmada hərəyə 4 futbolçusunun sarı vərəqə alması səbəbindən 1000 manat ziyana düşüb.
Daha bir cəza isə Premyer Liqanın XXI turu ilə bağlı olub. "Zirə” – "Rəvan” matçının videoyazısına baxıldıqdan sonra aşkar olunub ki, qonaqların futbolçusu Elnur Abdulov 75-ci dəqiqəsində meydana adsız forma ilə daxil olub. Bu səbəbdən, "Rəvan”a 1000 manat cərimə kəsilib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























