Mourinyo: "İşsiz olmağımdan məmnunam"

"Çelsi"nin sabiq baş məşqçisi Joze Mourinyo maraqlı fikirləri ilə diqqət çəkib.
Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, portuqaliyalı mütəxəssis hazırda işsiz olmasından məmnunluğunu dilə gətirib:
"Mənim çox əyləncəli karyeram olub. İngiltərədə son çempionam, ancaq hazırda işsizəm. Haqqımda bir sıra xəbərlər oxudum. Bunlar həqiqəti əks etdirmir. Şadam ki, işsizəm. Lakin sabah qayıtmalı olsam, işimə geri dönəcəm. Ən yaxşısı mövsümün sonunu gözləyim və yeni mövsümdən işimə başlayım".
Qeyd edək ki, Mourinyonun yeni mövsümdən "Mançester Yunayted"i çalışdıracağı gözlənilir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























