Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atıldı

Bu gün futbol üzrə Avropa Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.
"Report"un məlumatına görə, qitə turnirində yoluna davam edən Türkiyənin "Fənərbağça" klubu Portuqaliya "Braqa"sı ilə qarşılaşacaq.
Maraqlı görüşlərdən biri İngiltərə klubları arasında olacaq. "Liverpul" və "Mançester Yunayted" 1/4 finala yüksəlmək üçün mübarizə aparacaq.
1/8 finalda bu cütlüklər mübarizə aparacaq:
"Fənərbağça" (Türkiyə) - "Braqa" (Portuqaliya)
"Şaxtyor" (Donetsk, Ukrayna) - "Anderlext" (Belçika)
"Bazel" (İsveçrə) - "Sevilya" (İspaniya)
"Vilyarreal" (İspaniya) - "Bayer" (Almaniya)
"Atletik" (İspaniya) - "Valensiya" (İspaniya)
"Liverpul" (İngiltərə) - "Mançester Yunayted" (İngiltərə)
"Sparta" (Çexiya) - "Latsio" (İtaliya)
"Borussiya" (Dortmund, Almaniya) - "Tottenhem" (İngiltərə)
16 komandanın mübarizəsində ilk oyunlar martın 10-da keçiriləcək. Cavab görüşü isə ayın 27-də olacaq.
Qeyd edək ki, Avropa Liqasının final görüşü mayın 18-də 38 min azarkeş tutumuna malik "Bazel"ə məxsus "Yakop Park" stadionunda keçiriləcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























