“Qalatasaray” Mustafa Dənizliyə əvəzləyici tapdı

"Qalatasaray” rəhbərliyi istefa verəcəyi gözlənilən Mustafa Dənizlinin əvəzinə yeni baş məşqçi axtarışına çıxıb.
Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu postu tutmağa bir nömrəli namizəd Okan Burukdu.
"Sarı-qırmızılılar”ın A planı məhz Burukun komandaya gətirilməsindən ibarətdi. Rəhbərlik 42 yaşlı çalışdırıcı ilə danışıqlara start verib. İstanbul klubu cari mövsümün əvvəlində "Sivasspor”un baş məşqçisi olmuş Burukun nə olursa-olsun, razılığını almaq niyyətindədi.
B planı isə ondan ibarətdi ki, Okan Buruk "yox” cavabı versə, komandaya mövsümün sonuna qədər Klaudio Taffarel başçılıq edəcək.
Qeyd edək ki, Türkiyə Superliqasının XXIII turunda "Qaziantepspor”a 0:2 hesablı məğlubiyyətdən sonra Mustafa Dənizli istefa verəcəyinə işarə edib. Onun bu gün postundan rəsmən uzaqlaşacağı gözlənilir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























