9 atletdə dopinq aşkarlandı

Efiopiyanın qaçışla məşğul olan 9 atletində dopinq aşkarlanıb.
"Report"un məlumatına görə, bu barədə Efiopiya Milli Antidopinq Agentliyinin baş katibi Solomon Meazu açıqlama verib.
Dopinqə düşən atletlərdən 5-nin yüksək səviyyəli idmançılar olduğu bildirilir. Lakin onların adları hələlik açıqlanmır.
Artıq idmançılar haqda məlumatlar Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası və Ümumdünya Antidopinq Agentliyinə göndərilib.
Qeyd edək ki, Azərbaycanın atletika millisində də əslən efiopiyalı idmançılar yer alıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























