Baş məşqçiyə sərt cəza

Rumıniyanın "Astra" klubunun baş məşqçisi Marius Sumudisa 6 ay müddətinə futboldan uzaqlaşdırılıb.
Qol.Az-ın Rumıniya Futbol Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, buna onun mərc oyunlarında iştirak etməsi səbəb olub. M.Sumudisanın Rumıniya Liqası ilə yanaşı, Çempionlar Liqası və Avopa Liqası matçlarına 500-900 avro pul qoyduğu açıqlanıb.
Bundan başqa, 44 yaşlı mütəxəssis 22 min 375 avro məbləğində cərimələnib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























