• $
  • €
  • ₽
  • ₺
  • £

“Qalatasaray” rəsmisi: “Cəzanı 1 il müddətinə endirə bildik”

“Qalatasaray” rəsmisi: “Cəzanı 1 il müddətinə endirə bildik”
02.03.2016 18:30
"Bir il müddətinə UEFA-nın bayrağı altında keçirilən yarışlara qatılmaq hüququndan məhrum edildik. Məncə, pis sonluq deyil. Cəzanı 1 il müddətinə endirə bildik”.
 
Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu "Qalatasaray” prezidentinin hüquqi işlər üzrə köməkçisi Əşrəf Alaçayır deyib.

"Qalatasaray” maliyyə feyr-pley qaydalarını pozduğu üçün UEFA tərəfindən bir il müddətinə avrokuboklardan kənarlaşdırılıb.

Bununla bağlı danışan Alaçayır "Qalatasaray”ın qarşısında duran hədəflərdən söz açıb: "Cəzadan əlavə, bundan sonrakı 2 dönəmdə, xüsusilə, transferlərdə diqqətli olmağımız, əvvəlki qədər pul xərcləməməyimiz kimi şərt irəli sürülüb. "Qalatasaray”ın qarşısında duran vəzifə ya Türkiyə kubokunu qazanıb, ya da çempionatda yuxarı yerlərdən birini tutub, avrokuboklara getməyi təmin etmək, buna rəğmən, getməməkdi. Növbəti il üçün isə maddi durumu düzəldib, çempionluğa oynamaq və Çempionlar Liqasına qatılmaq lazımdı. Əgər ardıcıl 2 mövsümün yekununda Avrokuboka gedə bilməsək, bu cəza ləğv olunacaq. Klublar maddi məsələlərdə diqqətli olmalıdılar. UEFA borca girməklə qurulan komandaların avrokuboklara qatılmasını istəmir. Bu səbəbdən də, müxtəlif yollarla klubların maliyyə durumlarının stabilləşdirilməsinə çalışır”.

UEFA nümayəndələri ilə keçirilən toplantılarda iştirak edən baş katib Fatih İşbecər isə tətbiq edilməsi gözlənilən 1+1 illik cəzanın ləğvini müsbət qiymətləndirib: "Əlavə 1 illik cəzanın aradan qaldırılması bizi sevindirdi. Bunu çox yaxşı dəyərləndirməliyik. Bu mövsüm Avrokuboka vəsiqə qazanıb, cəzamızı çəkməliyik. Bir il sonra isə yenidən Çempionlar Liqasında oynamağın planlarını qururuq. Bədbinliyə ehtiyac yoxdu”.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol