• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan üzgüçüsü olimpiadaya lisenziya qazandı

Azərbaycan üzgüçüsü olimpiadaya lisenziya qazandı
07.03.2016 15:22
Azərbaycan üzgüçüsü 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
 
Azərbaycan Üzgüçülük Federsiyasının mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimovun "Report"a verdiyi məlumata görə, Maksim Şemberev Almaniyanın paytaxtı Berlində keçirilmiş "Swim Meeting" beynəlxalq turnirində qızıl və gümüş medallar qazanıb.

M.Şemberev 1500 metr məsafəyə (15 dəqiqə 38,59 saniyə) sərbəst üslubda qızıl, 400 metr məsafəyə kompleks üzmədə isə gümüş (24,03 saniyə) medal qazanıb: "Üzgüçümüzün göstərdiyi hər iki nəticə "B" təsnifat normativini üstələyir ki, bu da 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına iştirak etmək hüququ verir. Qeyd edim ki, ölkəmiz müstəqillik qazandıqdan sonra ilk dəfə olaraq üzgüçülərimiz "B” təsnifat normativlərini üstələyərək lisenziya qazanırlar”.

Mətbuat xidmətindən bildiriblər ki, digər azərbaycanlı üzgüçü Anton Jeltyakov brass üsulu ilə 200 metr məsafəyə (2 dəqiqə 18,86 saniyə) yarışda bürünc medal qazanıb. Onun "B" təsnifat normativini üstələyərək lisenziya qazanması üçün cəmi 2 saniyəsi çatmayıb: "Jeltyakovun lisenziya qazanması üçün bir neçə saniyə çatmadı. Bu da onun səhhətindəki xırda problemlə bağlı idi. Bu yaxınlarda Belarusun Brest şəhərində keçiriləcək lisenziya xarakterli növbəti yarışda Jeltyakovdan və 2 dəfə finala qədər yüksələn digər üzgüçümüz Boris Kirilovdan "B" təsnifat normativini üstələyərək lisenziya qazanmalarını gözləyirik”.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol