• $
  • €
  • ₽
  • ₺
  • £

AFFA Samir Abasovu 5 oyunluq cəzalandırdı

AFFA Samir Abasovu 5 oyunluq cəzalandırdı
07.03.2016 22:50
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. 

ANN.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbirdə Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları, eləcə də Topaz Premyer Liqanın 24-cü turunda baş verən qayda pozuntuları ilə bağlı müvafiq qərarlar qəbul olunub.
 
Azərbaycan kubokunun 1/4 mərhələsinin "Rəvan” – "İnter” matçında "İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.      

Azərbaycan kubokunun 1/4 mərhələsinin "Xəzər Lənkəran” – "Neftçi” matçının 1-ci hissəsində "Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimələnib.

Azərbaycan kubokunun 1/4 mərhələsinin "Qarabağ” – "Sumqayıt” matçı başa çatdıqdan sonra "Sumqayıt” klubunun baş məşqçisi Samir Abasov meydançaya daxil olaraq hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyun cəzalanıb, klub 5000 manat cərimə olunub.

Topaz Premyer Liqasının XXIV turunun "Xəzər Lənkəran” – AZAL matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib.      

Topaz Premyer Liqasının XXIV turunun "Neftçi” – "Qəbələ” matçının 80-cı dəqiqəsində "Neftçi” klubunun 3 nömrəli futbolçusu Jario Rodriges kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol