Azərbaycan kubokunda yarımfinalçılar müəyyənləşir

Bu gün Azərbaycan kublunda 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək.
Qol.az-ın məlumatına görə, baş tutacaq 4 oyundan sonra yarımfinal mərhələsinə yüksələcək komandalar bəlli olacaq.
Günü ilk oyunu paytaxtda baş tutacaq. Burada "İnter” "Rəvan”ı qəbul edəcək.
Digər qarşılaşma Sumqayıtda keçiriləcək. Şəhərin eyniadlı komandası "Qarabağ”ı qəbul edəcək.
Növbəti qarşılaşma Qəbələdə baş tutacaq. Yerli "Qəbələ” "Zirə”ni qəbul edəcək.
Günün son oyununda isə "Neftçi” əzəli rəqibi "Xəzər Lənkəranı” qəbul edəcək. İlk görüşdə rəqibinə 3:2 hesabı ilə qalib gələn cənub klubu üstünlüyünü qorumağa çalışacaq.
9 mart (çərşənbə)
Azərbaycan kuboku, 1/4 finalın cavab oyunları
14:00. "İnter” - "Rəvan”
(ilk oyun - 1:2)
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, İsgəndər Əliyev, Fariz Yusifov.
Bakı. "İnter Arena”.
15:00. "Sumqayıt” - "Qarabağ”
(ilk oyun - 0:2)
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Vüqar Bayramov, Ziya Nəsirov.
Sumqayıt. "Kapital Bank Arena”.
15:00. "Qəbələ” - "Zirə”
(ilk oyun - 2:1)
Hakimlər: Rauf Cabbarov, Knyaz Əmiraslanov, Coşqun Həsənov, Rəvan Həmzəzadə.
Qəbələ şəhər stadionu.
17:30. "Neftçi” - "Xəzər Lənkəran”
(ilk oyun - 2:3)
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Yaşar Abbasov, Orxan Məmmədov.
Bakı. "Bakcell Arena”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























