"Real"dan 29 il sonra bir ilk

"Real" üçün Çempionlar Liqasının 1/8 finalında "Roma" ilə oyun əlamətdar olub.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, hər iki matçda 2:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksələn Madrid klubu 29 ildən sonra ilk dəfə Avropada bir İtaliya klubunu mübarizədən kənarlaşdırmağı bacarıb.
Qeyd edək ki, "Real" bundan əvvəl 1987-ci ildə avrokuboklarda "Napoli"ni mübarizədən kənarlaşdırmışdı.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























