• $
  • €
  • ₽
  • ₺
  • £

Tuyqun Nadirov: "Hakimlər Komitəsini heç cür düzəldə bilmirik"

Tuyqun Nadirov: "Hakimlər Komitəsini heç cür düzəldə bilmirik"
10.03.2016 13:12
"Dünənki oyunla bağlı nə deyim? Hakim artistlikdən başqa heç nə etmirdi". Bunu "Report"a açıqlamasında "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov "Neftçi" ilə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşü barədə danışarkən deyib. 

T.Nadirov bildirib ki, "ağ-yaşıllar"ın qapısına vurulan hər iki qoldan öncə "Neftçi"nin futbolçuları tərəfindən qayda pozuntusuna yol verilib: "İlk epizodda penalti yox idi. Camaat kor deyil. Milyonlarla adam futbola baxır. Burada Tuyqunun deməyi ilə deyil ki... Ola bilər ki, oyunu stadiondan canlı izləyənlər həmin epizodları görməsin, amma televiziya vasitəsilə izləyənlər hər şeyi görürlər. Hamı gördü ki, hər iki qoldan öncə nələr baş verdi. İlk penaltidən əvvəl cərimə zərbəsi olmalı idi, amma olmadı. Orada penaltilik heç nə yox idi. Onların futbolçusunun yıxılmasının səbəbi bizim oyunçu deyildi. Oyunçu özünü yerə atır, baş hakim də penalti qərarı verir. "Xəzər Lənkəran" öz yolu ilə gedir və klubumuzun 15-16 yaşlı oyunçuları "Neftçi"nin bütün futbolçularına dərs keçdi ki, futbolu necə oynamaq lazımdır".

Bununla belə, klub rəsmisi oyunun baş hakimi Rəhim Həsənovdan AFFA-ya şikayət etməyəcəklərini bildirib: "Bu günədək Hakimlər Komitəsini heç cür düzəldə bilmirik. O qədər aciz insanlarıq ki, Hakimlər Komitəsinə bir ölçü götürə bilmədik. Azərbaycanda hər şey dəyişdi, bir dənə bu Hakimlər Komitəsinə ölçü götürülmədi. Premyer Liqada AZAL-la oyunda da haqsızlıqlar oldu. Hamımız bunu gördük".

Qeyd edək ki, "Neftçi" "Xəzər Lənkəran"ı 2:0 hesabı ilə yenərək, ilk görüşdəki 2:3 hesablı məğlubiyyətin əvəzini çıxıb və yarımfinala yüksəlib. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol