"Traktor Sazi"nin növbəti sınağı

İran çempionatında 23-cü turun oyunları keçirilir.
Qol.az-ın məlumatına görə, Təbrizin "Traktor Sazi" klubu bu tur evdə "Folad"ı qəbul edəcək.
"Traktor Sazi" turnir cədvəlində mövqeyini yaxşılaşdırmaq üçün bu görüşdə qələbə qazanmağa çalışacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Qeyd edək ki, "Traktor Sazi" geridə qalan 22 turdan sonra 32 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
10 mart
İran çempionatı, 23-cü tur
17:00. "Traktor Sazi" - "Folad"
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























