Bakıda boks qalmaqalı - İranlı yəhudi ilə döyüşdən imtina etdi

Bakıda keçirilən beynəlxalq "İpək yolu” boks turnirində qalmaqal yaşanıb.
Modern.az İran mediasına istinadla xəbər verir ki, 69 kiloqram çəki dərcəsində çıxış edən iranlı boksçu Məsud Abdullahi ilk rəqibinin İsrail təmsilçisi olduğunu bildikdən sonra rinqə çıxmaqdan imtina edib.
Abdullahi döyüşə çıxmamasının səbəbini Fələstin xalqı ilə həmrəylik əlaməti olaraq izah edib.
İran beynəlxalq turnitlərdə İsrail təmsilçiləri ilə baş tuta biləcək bütün turnirləri boykot edir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























