Braziliyalı futbolçu rəsmən Rusiya millisində

"Lokomotiv"in braziliyalı qapıçısı Marinato Qilyerme Rusiya millisinə dəvət alıb.
Qol.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, yığmanın baş məşqçisi Leonid Slutski ilk dəfə Qilyermeyə dəvət göndərib.
2007-ci ildən "Lokomotiv"də çıxış edən 30 yaşlı milliləşdirilmiş qolkiper yığmaya çağırılması ilə bağlı bunları deyib: "Əlbəttə, bu böyük məsuliyyətdir. Komandaya faydalı olmaq üçün bütün gücümü qoyacam. Artıq uzun müddətdir ki, özümü rusiyalı hiss edirəm və bu ölkənin yığmasında oynamaq istəyirdim. İndi bundan zövq alıram".
Qeyd edək ki, Qilyermenin bu ay Litva və Fransa ilə keçiriləcək yoldaşlıq görüşlərində debüt etmək şansı var.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























