• $
  • €
  • ₽
  • ₺
  • £

Azyaşlıların dopinq qəbuluna görə sərt cəzalar tətbiq olunacaq

Azyaşlıların dopinq qəbuluna görə sərt cəzalar tətbiq olunacaq
12.03.2016 16:30
Azərbaycanda hazırlanmasına başlanılan "Dopinqə qarşı mübarizə haqqında" Qanun layihəsində bir sıra sərt cəzalar nəzərdə tutulub.
 
Bu barədə "Report"un İşçi Qrupun üzvü, Gənclər və İdman Nazirliyinin Dopinqə qarşı mübarizə sektorunun müdiri İradə Rüstəmzadə məlumat verib.

Onun sözlərinə görə, hazırda cəzaların müzakirəsi aparılır. İ.Rüstəmzadə deyib ki, Beynəlxalq Antidopinq Agentliyi maksimal cəza kimi idmançısı dopinq-testdən keçə bilməyən milli federasiyaların 10 min dollar cərimələnməsini tələb edir: "Biz isə maddi cəzanın birbaşa günahkar şəxsə tətbiqini düşünürük.
 
Günahkarın müəyyənləşdirilməsi üçün araşdırma qrupu yaradılacaq. Ən ağır cərimə azyaşlı idmançılara qadağan olunmuş dərman preparatlarının qəbul etdirilməsinə görə tətbiq olunacaq".

Nazirlik rəsmisi, həmçinin layihənin 5 - 21 avqustda keçiriləcək Rio-de-Janeyro Yay Olimpiya Oyunlarından sonra Milli Məclisə təqdim olunacağını bildirib.

Qeyd edək ki, indiyədək "Bədən Tərbiyəsi və İdman Haqqında" Qanunda dopinqə qarşı mübarizəni nəzərdə tutan maddələrin yer alıb. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol