"Qarabağ"ın məhşur futbolçusu əməliyyat olundu

"Qarabağ” Futbol Klubunun yarımmüdafiəçisi Rahid Əmirquliyev əməliyyat olunub. ANS PRESS-in məlumatına görə, qış transfer pəncərəsi zamanı komandamızın sıralarına qoşulan milli futbolçu təlim-məşq toplanışı zamanı zədələnərək təxminən 1 ay yaşıl meydanlardan uzaq qalmışdı. Zədəsini sağaldaraq martın 2-sində "Sumqayıt”la keçirilən kubok mücadiləsində ilk dəfə ”Qarabağ” klubunun start heyətində meydana çıxsa da elə ilk hissədəcə də yenidən zədələnib.
Zədə alan 27 yaşlı futbolçu Almaniyaya əməliyyata göndərilib və futbolçu uğurla əməliyyat olunub. Futbolçu hazırda reabilitasiya dönəmini keçirtməkdədir. R. Əmirquliyevin gələn həftə Bakıya qayıtması gözlənilir.
Rahid Əmirquliyev 1 sentyabr 1989-cu ildə Qusar şəhərində anadan olub. Ağdamın "Qarabağ" klubunun futbolçusudur. o, 5 dekabr 2015-ci ildə Qarabağ ilə 2.5 illik müqavilə imzalayıb. yardımmüdafiəçi qismində çıxış edir.
www.ann.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək