Simeone: ""Atletiko"dan gedəcəm"

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone yeni mövsümdən "İnter"i çalışdıracağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Qol.az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, İtaliya klubunda işləməyəcəyini deyən argentinalı mütəxəssis eyni zamanda gec-tez "Atletiko"dan ayrılacağını vurğulayıb:
"İnter"? Şayiələr hər zaman olur. Ancaq mən gənc mütəxəssisəm və hazırda istədiyim klubda çalışıram. Bununla belə, peşəm klubumu dəyişməyim üçün bir vasitədir. Yəni hər məşqçi iş yerini dəyişə bilir. Bu mənada düşünürəm ki, mən də gec-tez "Atletiko"dan gedəcəm".
Qeyd edək ki, Simeone 2011-ci ildən "Atletiko"nu çalışdırır.
www.ann.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək