• $
  • €
  • ₽
  • ₺
  • £

Çempionlar Liqasının növbəti oyunları keçiriləcək

Çempionlar Liqasının növbəti oyunları keçiriləcək
15.03.2016 09:24
Bu gün futbol üzrə Çempionlar Liqasında 1/4 final mərhələsinin daha 2 iştirakçısı müəyyənləşəcək.

"Report"un məlumatına görə, həlledici görüşlər İngiltərə və İspaniyada keçiriləcək.

İlk görüşdə Ukraynada Kiyev "Dinamo"sunu 3:1 hesabı ilə məğlub edən "Mançester Siti" cütün favoriti hesab olunur. Hər iki komanda bu görüşə itkilərlə çıxacaq. Mançester təmsilçisinin heyətində Fabian Delf, Kevin de Broyn və Anxelinyo forma geyinməyəcək. Kiyev klubunun zədəliləri isə Aleksandr Ribka, Mikola Morozyuk, Junior Moraes, Vladimir Petroviç, Burda Mikita, Sergey Myakuşko və Sergey Rıbalkadır. Görüşü Rumıniyadan olan hakimlər briqadası idarə edəcək.

Digər oyunda isə İspaniyanın "Atletiko" (Madrid) klubu Hollandiya PSV-sini qəbul edəcək. Bu görüşdə isə qonaqların nisbətən üstün olduğunu demək mümkündür. Çünki Hollandiyada keçirilmiş ilk görüşdə qolsuz bərabərlik qeydə alındığından qonaqlar bir qol vurarsa, Madrid komandası mütləq qələbə qazanmalı olacaq. Qollu heç-heçə PSV-ni növbəti mərhələyə çıxaran nəticə olacaq. Bu qarşılaşmada da komandalar meydana itki ilə çıxacaq. "Atletiko"nun heyətində Tyaqu Mendiş və Stefan Saviç olmadığı bir halda, PSV Qaston Pereyro və Simon Polusenin xidmətindən yararlana bilməyəcək. Adı çəkilən futbolçular zədəlidir. Qarşılaşma ingiltərəli hakimlərə həvalə olunub.

Çempionlar Liqası, 1/7 final, cavab görüşləri

23:45. "Mançester Siti" (İngiltərə) - "Dinamo" (Kiyev, Ukrayna)

Baş hakim: Ovidiu Alin Hetseqan (Rumıniya)

Mançester. "Etihad" Stadionu

23:45. "Atletiko" (Madrid, İspaniya) - PSV (Hollandiya)

Baş hakim: Mark Klattenburq (İngiltərə)

Madrid. "Visente Kalderon" Stadionu

İlk oyun: 0:0

Qeyd edək ki, 1/4 finalın digər iştirakçıları martın 16-da müəyyənləşəcək. Bundan öncə "Benfika" (Portuqaliya), "Real Madrid" (İspaniya), "Volfsburq" (Almaniya) və PSJ (Fransa) adını 8 ən güclü komandalar sırasına yazdırıb.
www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol