UEFA "Borussiya" klubuna qarşı iş açıb

Qərar mayın 19-da veriləcək
UEFA Almaniyanın "Borussiya" klubuna qarşı intizam işi açıb. "Report"un məlumatına görə, buna səbəb Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində Dortmundda keçirilmiş ilk oyunda İngiltərə "Tottenhem"inin 17 azarkeşinin xəsarət almasıdır.
Həmin oyun vaxtı təhlükəsizlik lazımi səviyyədə təmin olunmayıb və "Siqnal İduna Park"ın girişində izdiham yaranıb. Bunun qarşısını almaq istəyən təhlükəsizlik xidməti əməkdaşları azarkeşlərə qarşı bibər qazı və rezin dəyənəklərdən istifadə edib.
UEFA-nın Nəzarət-İntizam Komitəsi və Etika Komitəsi mayın 19-da məsələ ilə bağlı iclas keçirərək qərar verəcək.
Qeyd edək ki, martın 10-da keçirilmiş həmin görüşdə "Borussiya" 3:0 hesabı ilə qalib gəlib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























