"Karyeramı "Lester Siti"də başa vurmaq istəyirəm"

"Lester Siti"nin baş məşqçisi Klaudio Ranyeri gələcək karyerası haqda danışıb.
Qol.az-ın "Football İtalia"ya istinadən verdiyi məlumata görə, italiyalı mütəxəssis karyerasını ingilis klubunda başa vurmaq istədiyini bildirib:
"Lester Siti"də məni hər şey qane edir. Ona görə də başqa kluba keçmək haqda düşünmürəm. Ümid edirəm ki, rəhbərlik mənə 5-6 illik müqavilə təklif edəcək və belədə karyeramı elə burada başa vuracam".
Qeyd edək ki, "Lester Siti" İngiltərə Premyer Liqasında geridə qalan 30 turdan sonra 63 xalla turnir cədvəlinə başçılıq edir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























