• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan güləşçisi 4 illik diskvalifikasiya olundu

Azərbaycan güləşçisi 4 illik diskvalifikasiya olundu
17.03.2016 16:57
Hadisə Avropa çempionatı vaxtı baş verib

Azərbaycanın gənc sərbəst güləşçisi Turxan Qurbanov 4 il müddətinə bütün yarışlardan kənarlaşdırılıb. "Report"un məlumatına görə, bu barədə Dünya Güləş Birliyi qərar qəbul edib.

Qərara 20 yaşlı pəhləvanın 2015-ci ilin iyununda Türkiyənin İstanbul şəhərində 96 kq çəki dərəcəsində 5-ci yeri tutduğu gənclər arasında Avropa çempionatında dopinq-testdən imtinası səbəb olub. 

Xəbəri "Report"a açıqlamasında Gənclər və İdman Nazirliyinin Dopinqə qarşı mübarizə sektorunun müdiri İradə Rüstəmzadə də təsdiqləyib. O bildirib ki, hazırda cəzanın yüngülləşdirilməsi istiqamətində danışıqlar aparılır.

Güləşçinin atası Sənani Qurbanov isə "Report"a hadisənin anlaşılmazlıq üzündən baş verdiyini açıqlayıb: "Avropa çempionatında oğlum 5 görüş keçirib. Həm yarımfinal, həm də bürünc medal uğrunda görüşdə uduzduqdan sonra türkiyəli dopinq zabitləri ona yaxınlaşaraq, dopinq-testə dəvət ediblər. Turxan isə xeyli tər axıtdığını və yorğun olduğunu deyib və dopinq-testin ertəsi gün götürülməsini xahiş edib. Razılaşıblar ki, yoxlama səhəri günə təxirə salınsın. Lakin vəd olunduğu vaxt oğluma bildiriblər ki, sən dopinq-testdən imtina etmisən və buna görə iş aktlaşdırılıb. Bir ay sonra isə ona 4 illik cəza gəlib".

S.Qurbanovun sözlərinə görə, oğlu gənclər millisinin heyətində yuxarı çəki dərəcələrində yer alanlar arasında yeganə azərbaycanlı güləşçidir və 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında çıxış etməyə əsas namizədlərdən sayılır. Bu səbəbdən, o, T.Qurbanovun cəzasına yenidən baxılması üçün Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Güləş Federasiyasının dəstəyinə ümid edir.
Qeyd edək ki, Turxan Qurbanov ölkədaxili və beynəlxalq turnirlərdəki nailiyyətləri ilə yanaşı, 2014-cü il dünya çempionatının bürünc mükafatçısı olub. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol