• $
  • €
  • ₽
  • ₺
  • £

"Real" ulduzlarını satışa çıxardı

"Real" ulduzlarını satışa çıxardı
19.03.2016 12:43
"Kral Klubu" bu futbolçuların satışından əldə olunacaq gəliri yeni transferlərə sərf edəcək.

 
 
Ceyms Rodriges - futbolçu

Madridin "Real" klubu iki ulduzunu satır. ANS PRESS-in məlumatına görə, klub rəhbərliyi Ceyms Rodrigeslə İskonu yola salmaq niyyətindədi.
Yayda heyətinə yeni futbolçular cəlb etmək niyyətində olan "Kral Klubu" bu futbolçuların satışından əldə olunacaq gəliri yeni transferlərə sərf etmək niyyətindədi. 

24 yaşlı kolumbiyalı futbolçu 22 rəsmi oyuna 6 qol vurub.

Bu məqsədlə klub rəsmiləri artıq indidən işə başlayıb. Komandaya transfer olunacaq futbolçular arasında bir neçə məşhur futbolçunun adı yer alır. Klub rəsmiləri komandaya cəlb olunacaq yeni futbolçuları baş məşqçi Zinəddin Zidanın razılığı əsasında həyata keçirəcək.

Ceyms Rodrigeslə İsko Zinəddin Zidanın gələcək planlarına daxil deyil. Fransala mütəxəssis  hər iki futbolçunun göstərdiyi oyundan narazıdır.

İsko
Qeyd edək ki, "Real" Ceyms Rodrigesi 2014-cü ildə "Monako"dan 80 milyon avroya transfer edib. 24 yaşlı kolumbiyalı futbolçu 22 rəsmi oyuna çıxıb və 6 qol vurub.

İsko isə 2013-cü ildə "Malaqa"dan "Real"a keçib. "Kral Klubu" onun transferinə 30 milyon avro xərcləyib. 23 yaşlı ispan futbolçu cari mövsümdə 32 rəsmi oyuna çıxaraq 4 dəfə fərqlənib.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol