“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Kəpəz”ə qarşı

Bu gün Topaz Premyer Liqasında 26-cı turun daha 2 oyunu keçiriləcək. "Qafqazinfo” xəbər verir ki, turun mərkəzi görüşü Qəbələdə baş tutacaq.
Şəhərin eyniadlı komandası çempionatın lideri "Qarabağ”ı qəbul edəcək.
Daha bir maraqlı görüş isə Bakıda oynanılacaq. "Neftçi” "Bakcell Arena”da Azərbaycan çempionatında ən çox üz-üzə gəldiyi rəqiblərindən olan "Kəpəz”i qəbul edəcək.
Topaz Premyer Liqası
26-cı tur
19 mart (şənbə)
15:00. "Qəbələ” – "Qarabağ”
Mövsümün ilk yarısındakı oyunlar: 2:2, 1:1
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Knyaz Əmiraslanov, İnqilab Məmmədov
Qəbələ şəhər stadionu
18:00. "Neftçi” – "Kəpəz”
Mövsümün ilk yarısındakı oyunlar: 0:0, 1:1
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Coşqun Həsənov, Fariz Yusifov
8-ci km qəsəbə stadionu
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























